Vaxt.Az

Əsas söz sahibi Bakıdır


 

ABŞ təminat müzakirələrini mühüm sayır

Əsas söz sahibi Bakıdır Qarabağ erməniləri ilə bağlı maraqlı prosesin cizgiləri görünür. Prosesləri müşahidə etdikdə görmək mümkündür ki, Azərbaycanın Xankəndi üzərində siyasi dominantlığı və idarəçiliyi beynəlxalq güclər tərəfindən tanınır.

Bu nədə görünür?

ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə bugünkü telefon danışığında “Dağlıq Qarabağ sakinlərinin hüquqlarına təminat verilməsinin” müzakirəsini mühüm məsələ adlandırıb.

Bundan başqa erməni “Telegram” kanallarında Azərbaycan və Ermənistanın ABŞ-da apardığı son danışıqlarında müzakirə olunmuş sənədlə bağlı maraqlı məlumat paylaşılıb.

İddia olunur ki, Azərbaycan hökuməti Dağlıq Qarabağın erməni icması ilə iş üzrə nümayəndə təyin edilməsi, erməni əhalisinin təhlükəsizliyinin təmin olunması üçün müzakirələr aparacaq.

Prezident İlham Əliyev Qarabağ erməniləri ilə münasibətlərdə üçüncü tərəfin vasitəçiliynə ehtiyac olmadığını bəyan edib. Dövlət başçısı bildirib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və onlarla münasibətlər ölkənin daxili işidir.

Gedişatın təhlili göstərir ki, Xankəndindəki separatçı güruhun təşvişi əbəs deyil.

Bakı bu geopolitik masada əsas söz sahibidir. Hazırkı status-kvo Bakıya Xankəndi üzərində siyasi idarəçiliyin formatını müəyyən etməyə fürsət yaradır. Bu məsələdə güc mərkəzlərinin mövqeyi müəyyən mənada üst-üstə düşür.

Regionda kritik logistika qovşağının möhürbəndi olan Bakının şərtləri bu prosesdə təyinedici faktor kimi çıxış edir.

 





10.10.2022    çap et  çap et