Vaxt.Az

Uşaqlara qarşı zorakılıq


 

Nümayişlərdə 28 azyaşlı öldürülüb

Uşaqlara qarşı zorakılıq İrandakı nümayişlərdə 28 uşaq öldürülüb. Bu barədə İran Uşaq Hüquqlarını Müdafiə Assosiasiyası məlumat yayıb. Məlumatda hökumət məmurları tərəfindən öldürülən uşaq sayının ən çox Sistan-Bəluçistan əyalətinə məxsus olduğu qeyd edilib.

“Hökumətin və xüsusilə də polis və hərbi qüvvələrin dözümsüzlüyü, onların uşaqlıq dövrünün xüsusi şərtlərinə diqqətsizliyi bu yaş qrupuna qarşı zorakılığa səbəb olub.

Onlar uşaqları həbs edib, əlverişsiz şəraitdə saxlayıb və öldürüblər.

Verilən statistik məlumatlara görə, bu münaqişələrdə 28 uşaq həlak olub və onları çoxu Sistan və Bəlucistan əyalətinə aiddir”, – deyə İran Uşaq Hüquqlarını Müdafiə Assosiasiyası bildirib.

 





11.10.2022    çap et  çap et