Vaxt.Az

Azərbaycan qazının elçıləri


 

TANAP-dan ikinci qol ayrılacaq?

Azərbaycan qazının elçıləri Elə tarixi məqam yaranıb ki, bir vaxtlar Azərbaycanın və onun resurslarına ciddi baxmayanlar (ölkələr) bu gün ardı-ardına Azərbaycan qazına “elçı düşürlər”. Hətta TAP-dan 100 km-lərlə uzaq olan ölkələr də nə yolla olursa olsun, Azərbaycandan kömək istəyirlər.

Sonuncu belə istək Moldovadan oldu. TAP-la bu ölkənin qaz alması üçün Yunanıstandan Bolqarıstana, oradan da Rumıniyaya, daha sonra Moldovaya keçməsi lazımdır.  Göründüyü kimi elə də asan deyil.

Amma mümkündür.

“Qaz elçıləri” arasında ən bəxti gətirən ölkələr Türkiyə, Yunanıstan, Albaniya və İtaliya ilə qonşu olan ölkələrdir. Çünki TAP bu ölkələrdən keçdiyi üçün İnterkonnektorla məsələni həll etmək olacaq. Amma digərləri üçün bu çətin olacaq.

Əgər “elçilər” daha çox qaz almaq istəyirlərsə, Türkiyə və Yunanıstan sərhədindən başlayaraq yeni boru kəməri inşa etməli, ya da investisiya qoymalıdırlar ki, biz özümüz çəkək. Çünki, TAP-a kompressor qurğusu qoşmaqla onun illik 10 milyard kub metr gücünü 20-yə çatdıra bilərik. Amma bundan yuxarı qaldırmaq mümkün deyil. Lakin TAP-ın öz mənbəyini götürdüyü TANAP-ın diametri 142 sm, daha sonra 122 sm və Mərmərə dənizi boyunca isə 91 sm təşkil edir. TAP isə  TANAP-ın ardınca layihələndirilərkən sonu 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi İtaliya seçilib. Daha dəqiq İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir.

Deməli, Avropanın qaz təminatını daha yüksək səviyyədə həyata keçirmək üçün TANAP-ın planlaşdırılan 32 milyard kub metrlik potensialından istifadə edərək, ondan (TANAP-dan) yeni qol ayırmaq və yeni marşrut üzrə yönəltmək lazım olacaq.

 





11.10.2022    çap et  çap et