Onun sözlərinə görə, NATO Rusiya nüvə qüvvələrinin hazırlığını və ya ölkənin nüvə siyasətində dəyişiklikləri müşahidə etməyib.
“Bununla belə, biz ayıq qalacağıq və təbii ki, onlara Ukraynada nüvə silahının tətbiqinə necə cavab verəcəyimizi dəqiq bilmək imtiyazını heç vaxt verməyəcəyik. Qərbin Ukraynaya dəstəyinin risksiz alternativləri yoxdur, halbuki Rusiyanın münaqişədə qələbəsi alyansın müttəfiqlərini böyük risk altına atacaq”. (Report.az)