Asteroidin komponentlərindən biri ilə planlaşdırılmış toqquşma 2022-ci il sentyabrın 26-na keçən gecə baş verib. İndi NASA toqquşmanın asteroidin kosmosdakı orbitini dəyişdirdiyini təsdiqləyib.
NASA-nın tədqiqat qrupu son iki həftə ərzində əldə edilən məlumatları təhlil edib. Komanda təsdiqləyib ki, kosmik gəmi ilə vurulan zərbə Dimorfosun orbitini 32 dəqiqə dəyişərək orbiti 11 saat 55 dəqiqədən 11 saat 23 dəqiqəyə qədər qısaldıb.