Vaxt.Az

Qaz və siyasət…


 

Ucuz enerji təzyiqi bəzən öz bəhrəsini verir, amma ...

Qaz və siyasət… Rusiya mətbuatında son günlər bir neçə material dərc edilib və dərc edilməkdədir ki, bəs münaqişənin başlanması Ukraynanın günahı ucbatından baş verib. Əslində rəsmi Kiyevin Kreml tərəfindən “vurulması” əməliyyatı SSRİ dağılıb, MDB yaranan gündən başlayıb və bu mövzuda müstəqillik illərində Ukraynaya başçılıq etmiş Kravçuk və Kuçmanın memuarlarında və müsahibələrində xeyli məqamlar var.

Kreml Ukraynaya təzyiqi daim ENERJİ ilə hədəfləyib, daha dəqiq desək QAZ amiliylə. İlk güclü zərbələr 2006 və 2009-cu illərdə edilib (qışda qaz böhranları və Avropaya enerji böhranının nə olduğunu dadızdırmaq istəyi). Bu, o zamana təsadüf edirdi ki, rəsmi Kiyev Rusiyanın “cızığından çıxmaq” siyasətinə meyllənirdi.

Amma Rusiyanın qaz təzyiqini artırması Moskvanın adamı sayılan prezident Yanukoviçin hakimiyyətinin son ilində daha qabarıq hiss edilməyə başlayır. 2013-cü ildə Avropaya kubmetri 1000 dollara satılan mavi yanacaq, Ermənistana 189, Ukraynaya isə 485 dollara verilirdi. Rusiya Avropada satdığı qiymətlərdə də dövlətlərdən asılı olaraq qaz qiymətləri fərqini 2-3 dəfə dəyişmək siyasəti yürüdüb: yəni ucuz enerji almaq istəyirsənsə, onda biz dediyimizi etməlisən siyasəti. Təbii ki, bu cür siyasət müəyyən zamanda öz bəhrəsini vermək gücündəydi… Sonrasını isə Kreml strateqləri sadəcə düşünməmişdilər…

 





12.10.2022    çap et  çap et