Vaxt.Az

«Ermənilərə Azərbaycan vətəndaşlığı verilməlidir»


 

Deputatdan şok təklif

«Ermənilərə Azərbaycan vətəndaşlığı verilməlidir» «Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığının bərpa məsələsinə yenidən baxılmalıdır».

Bunu AzNews.az-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Onun fikrincə, bu yolla Azərbaycan Qarabağ məsələsində daha çox nailiyyətlər əldə edə bilər:

«Bilirəm ki, mənim bu açıqlamam kimlərinsə xoşuna gəlməyəcək, amma hesab edirəm ki, bu təklif nəzərə alınmalıdır. Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığın təkrar bərpa olunması və ölkəmiz üzərindən onların xaricə çıxması imkanlarına baxmalıyıq. Azərbaycan Konstitusiyasına əməl edəcəkləri və ölkənin vətəndaşları olaraq özlərini tanıyacaqları təqdirdə Azərbaycanın da digər etnik, milli nümayəndələri kimi ermənilərə də bu hüquqların verilməsi proseduruna başlamalıyıq. Bu, DQ-nin hərbi xuntası altında inildəyən bir çox ermənilər onların iradəsindən çıxırsa, Azərbaycanla münasibətlərinə getməyinə imkanlar açardı. Bu, Rusiyanın zamanında Çeçenistanda tətbiq etdiyi modeldir. İddia etmirəm ki, Qarabağda çoxlu kadırovlar var. Ancaq biz bunların tapılmağı üçün çalışmalıyıq».

Komitə üzvü deyib ki, bu məsələni Milli Məclisdə də gündəmə gətirəcək: «Çoxları düşünə bilər ki, mən müharibə amilini, itkilərimizi, işğal keçərli illərimzi, şəhidlərimizi nəzərə almadan bu fikri söyləyirəm. Amma hesab edirəm ki, bu qəti şəkildə belə deyil».

 





28.03.2014    çap et  çap et