Avropa.info- nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Kılıçdaroğlu ilə Gülənin montaj şəkillərinin üzərinə «Fəthullah Gülənlə gülən CHP» şüarı yazılaraq İzmirin bəzi səmtlərinə vurulub.
Seçkilərə iki gün qalmış yaranan gərginlik pik həddə çatıb. CHP-nin İzmir başqanı Əli Engin protokol tətbiq edərək məhkəməyə müraciət edəcəyini bildirib. Engin «Bizə verilən məlumata görə bu afişalar AKP- nin afişaları ilə eyni mətbəədə çıxıb» - deyib.
AKP məsulları isə mövzu ilə bağlı məlumatsız olduqlarını bildirib.