Həmin müsahibədə turkəfob Makron birmənalı olaraq Ermənistanı həmişə müdafiə edəcəyini, guya Ermənistanın regionda həmişə tolerantlıq, sülh uğrunda mübarizə apardığını Qarabağın mübahisəli ərazi olduğunu, habelə “Dağlıq Qarabağ”ın Ermənistanın ürəyi olduğu üçün orada “olduğunu “qeyd edib. Daha sonra Makron bir az da irəli gedərək Azərbaycanın bu ərazini “dəhşətli müharibə” apararaq “işğal” etdiyini deyib.
Həmçinin Azərbaycandan qaz, neft almadığı üçün onu “satın almağının” qeyri mümkünlüyünü deyərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük səylər göstərən şəxslərin – bir çox Avropa ölkələrinin rəhbərlərinin və həmkarlarının, Avropa İttifaqının yüksək məmurları Şarl Mişeli, Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenı və digərlərinin fəaliyyətlərini şübhə altına almağa və onların “ələ almasına” işarə vurub.
Halbuki ölkəmiz hazırkı mürəkkəb, Ukraynaya qarşı təcavüzkar müharibənin davam etdiyi şəraitdə böyük siyasi, iqtisadi və digər risklərə gedərək və fədakarlıq göstərərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edir. Makronun bu müsahibəsində səsləndirdiyi bütün fikirləri və verilişin ruhu tam ölkəmizə qarşı olub. Biz Azərbaycan cəmiyyəti olaraq Makronun və Fransanın digər dövlət və hökumət və bütövlükdə siyasi istebleşmenti tərəfindən səsləndirilən fikirlərin və fəaliyyətlərin tam olaraq Ermənistanın işğalçı və terrorçu fəaliyyətinə ortaq olmağın, on minlərlə insanların qətlinə və Xocalı soyqırımına haqq qazandırmanın və Cənubi Qafqazı yeni müharibəyə sürükləyən, islamafobiya və türkəfobiyanın bir dövlət siyasətinə çevrilməsi nümunəsi kimi qiymətləndirməli və adekvat addımlar atmalıyıq.
Erməni işğalını birmənalı müdafiə edən, Ermənistana maddi, hərbi yardım göstərən və muzdluların göndərilməsində, erməni xüsusi təyinatlılarının, diversantlarının hazırlanmasında və kəşfiyyat məlumatları ilə təchiz edilməsində iştirak edən, (ermənilərin son sentyabr təxribatında 80 hərbiçimizın həlak olmasında birbaşa iştirakçı olub) 30 il ərzində həmsədrlərdən biri kimi tam ermənipərəst fəaliyyəti ilə yadda qalan və bütövlükdə son 2 ildə isə ancaq anitAzərbaycan siyasət aparan bir ölkə Ermənistan-Azərbaycan arasında sülhyaratma prosesindən təcili kənarlaşdırılmalıdır.
Azərbaycan XİN təcili olaraq Emmanuel Makronun “Franse 2” televiziyasına verdiyi müsahibəsi, habelə Fransa hökumətinin rəsmilərinin açıqlamaları ilə bağlı bəyanat verərək Fransanın vasitəçiliyindən imtina etməlidir!
Əks halda Avropa İttifaqından Ermənistana gələn missiyanın növbəti antiazərbaycan hesabatının şahidi olacağıq ki, bu sülh müqaviləsinin hazırlanması və imzalanmasına əngəllər yaradacaq. Çünki, Ermənistan tərəfi növbəti dəfə vəkili kimi çıxış edən Fransaya arxalanaraq sülh müqaviləsinin imzalanmasını hər vasitə ilə uzatmağa çalışacaq. Bu münaqişənin illərlə davam etməsini arzulayan və özlərinin siyasi, iqtisadi və geopolitik maraqlarının təmin olunmasını istəyən qüvvələrin Cənubi Qafqaz uğurunda mübarizəsinin daha da güclənməsinə yeni imkanlar yaradacaq.