Sentyabrda ABŞ-da illik inflyasiya 8,2 faiz olaraq qeydə alınıb. “Bloomberg”in sorğusuna qatılan 52 iqtisadçının orta proqnozu sentyabr ayında istehlak qiymətlərinin illik 8,1 faiz artacağı istiqamətində idi.
Avqustda ölkədə istehlak qiymətləri indeksi 8,3 faiz artmışdı. Aylıq müqayisədə qiymətlər 0,4 faiz artıb.
Enerji və qida xaric inflyasiya (baza inflyasiya) sentyabr ayında avqust ayı ilə müqayisədə 0,6% artıb. Beləliklə, baza aylıq inflyasiyası 1982-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. İllik baza inflyasiyası da 6,6 faiz olaraq qeydə alınıb. ABŞ-da inflyasiyanın aylıq 0,2 faiz artacağı gözlənildiyi halda, enerji və qida məhsulları xaric inflyasiyanın avqust ayındakı 6,3 faizdən daha sürətli olmaqla 6,5 faiz artacağı gözlənilirdi.
Məlumatların açıqlanmasından sonra FED svopları göstərib ki, noyabr ayında 75 bəndlik faiz artımı 100 faiz səviyyəsində qiymətləndirilib. Bazar faizin mart ayında 4,85 faiz çatacağını gözləyir.
“Bloomberg”in iqtisadçıları gözləniləndən daha yüksək olan inflyasiyanın dekabr ayında faizin artırılması tempinin 50 baza bəndinə enməsini çətinləşdirəcəyini bildiriblər.