Ukraynanın vəzifədən kənarlaşdırılan sabiq dövlət başçısı Viktor Yanukoviç Ukrayna xalqına yaşadıqları bölgələrin statusunun təyin edilməsi üçün referendum çağırışı edib. «Axar.az» xəbər verir ki, Yanukoviç dövlətin süqutunda əli olan şəxslərin hamısının cəzalandırılması üçün əlindən gələni edəcəyini bildirib.
Yanukoviç açıqlamasında Ukrayna xalqından hər bölgənin statusunun müəyyən edilməsi, haqq və azadlıqların birləşdirilməsi istiqamətində referendum tələb etmələrini istəyib.
Sabiq prezident ölkədə prezident seçkilərinin xaos mühitində keçiriləcəyini, alınan qərarların qeyri-qanuni olacağını qeyd edib.