Parisdə yerləşən agentlik aylıq hesabatında bildirib ki, “OPEC+”un “külli miqdarda ixtisarları” bütün dünyada enerji təhlükəsizliyi risklərini artırır.
Artan qiymətlərin bazar oynaqlığını gücləndirdiyini qeyd edən agentlik, “Neft qiymətləri onsuz da tənəzzül ərəfəsində olan qlobal iqtisadiyyat üçün qırılma nöqtəsi ola bilər” deyib.
Qurum inflyasiyadan tutmuş yüksək faiz dərəcələrinə qədər bir çox iqtisadi faktorlara görə, gələn il üçün neftə tələbin artması üzrə proqnozunu gündəlik 470 min barel azaldaraq 1,7 milyon barelə endirilib. Neftə tələbatın 2023-cü ildə gündəlik 101,3 milyon barel təşkil edəcəyi gözlənilir.