Kreml açıq-aşkar Avropa İttifaqının və ABŞ-ın fəallaşan vasitəçilik təşəbbüslərindən narahatdır. Putin və Lavrovun məntiqi sadədir: “İkinci Qarabağ müharibəsi Rusiyanın səyi ilə dayandırıldı, məhz Kremlin vasitəçiliyi ilə 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında iki bəyanat qəbul edildi, indi isə Vaşinqton və Brüssel təşəbbüslərimizi əlimizdən almağa çalışır, bu yolverilməzdir”. Fransa prezidenti Emmanuel Makronun son ermənipərəst, anti-Azərbaycan, eyni zamanda anti-Rusiya bəyanatı vəziyyəti daha da qəlizləşdirdi. Makronun açıqlaması Avropa İttifaqının təşəbbüslərinə kölgə salmaqla yanaşı Kremlin fəallaşmasına şərait yaratdı.