Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Barak Obama prezidentliyi boyunca ikinci rəsmi səfərini S. Ərəbistanına reallaşdırıb.
Səudiyyə
Ərəbistanın rəsmi xəbər agentliyi SPA-da verilən xəbərə görə, Obama Kral
Abdullah bin Əbdüləziz ilə siyasi, ekonomik məsələləri və iki ölkə arasındakı
əlaqələri müzakirə edəcəklər.
P.S.
Xatırladaq ki, ABŞ prezidenti Səudiyyə Ərəbistanına ilk səfərində Kral Abdulla
ilə salamlaşarkən həmkarının qarşısında əyilərək baş əymişdi. Bu olay dünyada,
xüsusən də, Amerika cəmiyyəti tərəfindən birmənalı qarşılanmamış, bu ölkənin
aparıcı KİV-ləri prezidenti ciddi tənqidlərə məruz qoymuşdu.
çap et