Bu, “Qarabağ”ın Avropa Liqasının G qrupunun dördüncü turunda Bakıda Yunanıstanın “Olimpiakos” klubu ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,250 xal gətirib.
Cari mövsüm üzrə xal sayını 3,250-ə, son 5 mövsümdə isə 15.875-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17,500 xalı var.
Qeyd edək ki, siyahıya 96,141 xalla İngiltərə başçılıq edir. (Trend.az)