Vaxt.Az

İran Azərbaycan sərhədinə ordu göndərir


 

Fars-molla rejimi hərbi təlimlərə “Güc” adı verməklə kimə, nə göstərir?

İran Azərbaycan sərhədinə ordu göndərir İran Azərbaycanla sərhəddə yeni təlimlərə başlayır. SEPAH-ın quru qoşunlarının “Güc” adı ilə təlim keçirməsinin Azərbaycana qarşı “əzələ nümayişi” olduğu bəllidir. Və təlimlərin indi başlanması da gözlənilməz hesab edilməməlidir.

Birincisi, Ermənistanın sərhədini “qırmızı xətti” elan edən İran daxildəki etirazlar fonunda “sionizm”, “terror” iddialarını yenidən aktuallaşdırdı və hətta Araz bölgəsində “terrorçuların saxlanılması” teatrını da qurdu. Sərhədə ordu birliyi (“leşkər”) göndərilməsi də rejimin “xarici təhlükə” ssenarisini gücləndirmək və Bakıya “müdaxilə planını” əyani şəkildə nümayiş etdirmək məqsədi daşıyır.

İkincisi, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar sürətlənib və ilin sonuna qədər razılaşmanın olması, xüsusilə sərhədin delimitasiyası məsələsinin həlli gözləntiləri var. İran mümkün sərhəd dəyişikliyinə qarşı Bakını orduyla təhdid edir.

Təlim adı ilə Azərbaycan sərhədinə göndərilən qoşunların burada uzun müddət qalacağı da istisna deyil.

 





14.10.2022    çap et  çap et