Vaxt.Az

30 il və 25 milyard ən aşağı proqnozdur


 

90-ci illərdən işğalda qalan ərazilərdə kim bilir nələrə basdırılıb

30 il və 25 milyard ən aşağı proqnozdur 1982-ci ildə Britaniya və Argentina arasında 42 günlük “Folklend müharibəsi” baş verdi. Britaniyanın tam qələbəsi ilə başa çatan müharibədən sonra kiçik bir adanın minalardan təmizlənməsi başlandı. Son mina 2020-ci il 10 noyabr tarixində çıxarıldı. Yəni 38 il sonra ada tam təhlükəsizləşdirildi.

Adaların ümumi sahəsi 12113 kvadrat kilometrdir. Argentina adaların sahil zolaqlarını, təqribən, 43 kvadrat km sahəni minalamışdı, ümumilikdə cəmi 30 min mina basdırılmışdı. Britaniyaya 38 il zaman, 368 milyon funt (dəyişən məzənnəni nəzərə alınıb illərə bölsək təqribən 500 milyon dollar) vəsait lazım oldu ki, balaca bir adanın kiçicik bir hissəsini minalardan tam təmizləsin.

Erməni işğalçıları 30 ildə yüz minlərlə mina basdırıblar. Həm də bunu ərazi olaraq Folklend adasında basdırılan sahədən dəfələrlə (azı 100 dəfə) böyük ərazidə ediblər.

 





15.10.2022    çap et  çap et