Vaxt.Az

İranda siyasi məhbusları qırırlar


 

Rejimin məşhur zindanında güclü yanğın törədilib

İranda siyasi məhbusları qırırlar İranın əsasən siyasi məhbusların olduğu “Evin” həbsxanasında güclü yanğın baş verib, binadan atışma səsləri eşidilib.

Hadisə şahidlərinin sözlərinə görə, partlayışlar o qədər güclü olub ki, partlayış dalğasından ətrafdakı evlərin pəncərələri sınıb. Tüstü dolmuş kameralardan çıxmaq üçün məhbuslar qapıları sındırsalar da, təhlükəsizlik qüvvələri onlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Evin həbsxanası 1972-ci ildə açılıb. 1979-cu ildə İslam İnqilabından sonra siyasi məhbusların saxlanması üçün fəal şəkildə istifadə edilməyə başlanıb: məhbuslar arasında tələbələrin və ziyalıların çoxluğuna görə qurumun binalarından birinə “Evin Universiteti” adı verildi.

 





16.10.2022    çap et  çap et