Vaxt.Az

“Osvensimdəki hissləri təkrar yaşadım”


 

Edilli kəndində olan Çexiyalı qonağın gördüklərindən təsirlənib

“Osvensimdəki hissləri təkrar yaşadım” “Bu məkanı ziyarət etmək mənim üçün əlbəttə kədərldir”. Bunu şənbə günü xarici ölkələrin nümayəndə heyətinin tərkibində Azərbaycanın Xocavənd rayonunun erməni işğalından azad edilmiş Edilli kəndindəki kütləvi məzarlıq ərazisini ziyarət edən Çexiya Gənclər Assosiasiyasının prezidenti Radek Smolka deyib.

“Mən bu qalıqları görəndə Osvensimdə ilk dəfə olarkən keçirdiyim hissləri yaşadım.

“Mən Azərbaycanda bir neçə dəfə olmuşam və həmişə Çexiyaya qayıdanda ölkənin reallıqlarını bölüşürəm”, – deyə gənclər birliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Çexiyada reallıqlardan qismən xəbərdardırlar, erməni təbliğatı o qədər də güclü deyil, lakin buna baxmayaraq, Azərbaycan haqqında daha çox doğru məlumatlar yayılmalıdır.

“Çox yaxşı olardı ki, mənim ölkəmdən daha çox insan gəlib burada baş verənləri görsün və münaqişənin reallıqlarını daha yaxşı anlasın”, - R.Smolka bildirib.

Xatırladaq ki, Xocavəndin Edilli kəndində aşkar olunan məzarlıqda 12 nəfərin qalıqları tapılıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Eyni zamanda skeletlərin əlləri və ayaqları məftil və kəndirlə bağlanıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 nəfərədək mülki şəxs və hərbi əsirlərin taleyi barədə Ermənistan hələ də heç bir məlumat təqdim etməyib. (Trend.az)

 





15.10.2022    çap et  çap et