“Burada baş verənlər məni dərindən kədərləndirib. Mən həm də eşitmişəm ki, bu insanlardan bəziləri diri-diri basdırılıb. Bütün bunlar beynəlxalq hüquqa və BMT konvensiyalarına ziddir. 30 il baş vermiş hadisələr bir daha təkrar olunmamalıdır”, - deyə o bildirib.
Onun sözlərinə görə, təəssüf ki, Polşada hələ də təbliğatçı aksiyalar keçirən ermənilər var.
“Erməni təbliğatı neytrallaşdırılmalıdır. Mən bu baxımdan tədbirlər görməyi planlaşdırıram. Mən burada baş vermiş hadisələrlə bağlı Polşa universitetlərində mühazirələr verəcəyəm. Polşadakı insanlara bu müharibənin reallıqlarını və erməni əsgərlərin qəddarlığını göstərəcəyəm”, - A.Pexota deyib.
Xatırladaq ki, Xocavəndin Edilli kəndində aşkar olunan məzarlıqda 12 nəfərin qalıqları tapılıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Eyni zamanda skeletlərin əlləri və ayaqları məftil və kəndirlə bağlanıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 nəfərədək mülki şəxs və hərbi əsirlərin taleyi barədə Ermənistan hələ də heç bir məlumat təqdim etməyib. (Trend.az)