Vaxt.Az
Gülün sərt üzü
«Bu casus fəaliyyətindən savayı bir şey deyil»
Türkiyə prezidenti Abdulla Gül ölkənin hərbi planları barədə dinləmə həyata keçirənlərin və onu yayanların aydınlaşdırılacağını və kimliyindən asılı olmayaraq layiqli cəza alacaqlarını bildirib. Musavat.com-un CNN Türk-ə istinadən verdiyi məlumatına görə, bu barədə ölkə başçısı bugünkü brifinqdə deyib.
«Ölkənin təhlükəsizliyinə cavabdeh olan
ən önəmli və məsul şəxslərin görüşünə və müzakirələrinə qulaq asmaq – ciddi
cinayət əməlidir. Eyni zamanda dövlət təhlükəsizliyi əleyhinə casus fəaliyyətindən
savayı bir şey deyil» - deyə prezident qeyd edib.
28.03.2014
çap et