Qeyd olunub ki, respondentlərin 54 faizi başqasına, 33 faizi isə Baydenə səs verməyə hazırlaşır. Vurğulanıb ki, Bayden üçün bu, onun ikinci müddətə getmək planlarının təsdiqlənməsinin ən aşağı göstəricisidir.
Telekanalın araşdırmasına görə, doqquz ay əvvəl hazırkı dövlət başçısının yenidən seçilməsinə qarşı çıxanların sayı da daha çox idi – 60 faiz.
Demokratlar Partiyasının tərəfdarları ən çox Baydenin ikinci müddətə getmək istəyini dəstəkləyir – 71 faiz, respublikaçıların 91 faizi başqa namizədə səs verməyə hazırlaşır. Eyni zamanda, müstəqil seçicilərin 13 faizi Baydeni dəstəkləyir. (Report.az)