Vaxt.Az

Fars-molla rejimi qeyri-farslara etibar etmir


 

Güney azərbaycanlı hərbçilərin həbsinə başlanılıb

Fars-molla rejimi qeyri-farslara etibar etmir Həbs edilən daha bir güneyli hərbçinin kimliyi bəlli olub. Onun sentyabrın 20-də təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı deyilir.

İran İnsan Haqları Təşkilatı Arif Niyazi adlı hərbçinin Təbrizdə etiraz aksiyaları keçirildiyi zaman təhlükəsizlik məmurları tərəfindən həbs edilərək aparıldığını yazıb.

Onun ittihamları və harada saxlanıldığı barədə dəqiq məlumat əldə olmadığını bildirən təşkilat, Niyazinin ETTELAAT təcridxanasında ola biləcəyi ehtimalını irəli sürüb.

Qeyd edək ki, bununla yanaşı Ramin Behzad adlı başqa bir hərbi qulluqçuda saxlanılaraq Təbriz zindanına köçürülüb.

Bundan bir müddət öncə Təbrizdə yerləşən xüsusi təyinatlı qüvvələrin 121-ci briqadası və Mərəndin 321-ci briqadasının 19 azərbaycanlı zabit və hərbçisinin həbs edildiyi barədə məlumat verilmişdi.

Onların ittihamları barədə dəqiq açıqlamalar olmasa da, hərbçilərin nümayişçilərə qarşı repressiyalara qatılmadıqları üçün cəzalandırıldıqları ehtimal edilir.

 





15.10.2022    çap et  çap et