Fransa prezidentinin bugünkü sayıqlamaları da məhz pozulmuş planın iniltiləridir. Azərbaycanın Parisdəki səfirliyinə hücum da bu iniltilərin barbar ifrazı.
İndiki vəziyyətdə hayların və ağa babalarının yalnız bir ümidi var. Azərbaycanı yenidən başsız qoymaq, Türkiyəni aralamaq, hakimiyyətə avanturistlərin gəlməsinə ümid etmək. Azərbaycanın ayağı büdrəyən kimi yenidən saldıracaqlar, bu dəfə daha çox qan tökmək, dağıtmaq hərisliyi ilə.
Azərbaycan xalqı, dövləti artıq 30 il əvvəlki xalq, dövlət deyil, başsız qalmasına müsaidə etməyəcək.
600 minlik erməni diasporuna qarşı 800 minlik türk diasporunun ayağa qalxması son anda makronların ağzını yumacaq.