Ukrayna Qüvvələrinin Baş Qərargahının oktyabrın 16-da verdiyi məlumata əsasən, Rusiya qüvvələri son 24 saat ərzində 23 hava zərbəsi və 65 raket hücumu həyata keçirərək, Ukrayna ərazisində 30-dan çox şəhər və kəndi hədəfə alıblar.
Qərargahın bildirdiyinə görə, Ukrayna hava qüvvələri cavab olaraq, 32 zərbə həyata keçirərək, 24 Rusiya hədəfini vura biliblər.
Təxminən son yeddi həftə ərzində Ukrayna silahlı qüvvələrinin şimal-şərqdə, şərqdə və cənubda başladığı əks-hücum əməliyyatlarından sonra Rusiyanın mövqeyinin zəiflədiyi müşahidə olunur.
Bu həftə Kremlin Rusiyanın fevralın 24-də Ukraynanın işğalına başladığı gündən bəri ən böyük raket hücumu həyata keçirdiyi bildirilir.
İntensivləşmiş Rusiya hava hücumları Krım körpüsündə partlayışdan sonraya həyata keçirilib. Rusiya üçün strateji və simvolik əhəmiyyət kəsb etdiyi bu körpünün üzərində partlayış rəsmi məlumata görə, oktyabrın 8-i yük maşınında yerləşdirilən bomba ilə həyata keçirilib.
Məlumatlara görə, hal-hazırda ölkənin şərqindəki Donetsk və Luqansk ərazilərində, o cümlədən cənubun strateji əhəmiyyətli Xerson şəhərində döyüşlərin daha ağırdır.