Kiyevdə səhər saatlarında partlayışlar eşidilib. Bu barədə şəhər meri Vitali Kliçko bildirib. Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Rusiya paytaxta kamikadze dronlarla hücum edib.
Səhər saatlarında Kiyevdə hava həyəcanı elan edilib. Müvafiq məlumat yerli idarəetmə orqanlarının sosial media hesablarında yerləşdirilib.
Ukrayna mətbuatının məlumatına görə, Kiyevlə yanaşı bir neçə vilayətdə də hava həyəcanı elan olunub.
***
Ukrayna silahlı qüvvələri ötən gün 11 kamikadze dronu zərərsizləşdirib. Bu barədə Ukrayna HHQ “Twitter”də məlumat yayıb.
Bildirilib ki, axşam saatlarında ölkənin cənubuna yenidən “Shahed-136” dronları ilə hücum edilib. HHM qüvvələrinin peşəkarlığı sayəsində 2 saat ərzində 11 dron məhv edilib.
Bundan başqa Ukraynanın cənubunda Rusiyaya məxsus 2 tankda vurulub. Bu barədə məlumat isə Cənub ordu komandanlığı yayıb.
Son sutka ərzində ölkənin cənubunda Rusiyaya məxsus daha 3 haubitsa, 3 “Qiasint” topu, “Tor” zenit-raket kompleksi, radioelektron mübarizə stansiyası və 3 zirehli texnika məhv edilib, 50 hərbçi zərərsizləşdirilib.
***
Rusiyanın regional aviasiya qrupu Belarusa gəlməyə başlayıb. Bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.
Rəsmi təsdiq olunmayan məlumata görə, aviasiya eskadrilyasında “Miq-31” qırıcıları da yer alır.
çap et