Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, hazırda Ukrayna üçün hava hücumundan müdafiə (HHM) sistemləri prioritetdir.Bu barədə diplomat “Phoenix” kanalına müsahibəsində bildirib.
“Ötən həftə biz hava hücumundan müdafiənin nə dərəcədə əhəmiyyətli olduğunu gördük. Xoşbəxtlikdən, Kiyevə atılan raketlərin yarısı bizim göndərdiyimiz silahlar sayəsində vuruldu”, – deyə Berbok bildirib.
Alman diplomat bildirib ki, hazırda Kiyevə tank verilməsi ikinci dərəcəli işdir, HHM sistemlərinin verilməsi daha vacibdir. (APA)
çap et