“Washington Post” Amerika təhlükəsizlik rəsmilərinə və müttəfiqlərinə istinadən yazır ki, Tehran sentyabrın 18-də raket sazişini yekunlaşdırmaq üçün Moskvaya rəsmilərini göndərib.
Pilotsuz təyyarələrlə mübarizə üçün yer-yer raketlərinin satışını da əlavə edib.
Adlarının açıqlanmasını istəməyən bu Amerika və Avropa rəsmiləri Tehranın Moskvaya 300 km və 700 km məsafədəki hədəfləri vura bilən “Fatih-110” və “Zülfiqar” raketlərini göndərməyə hazır olduğunu bildiriblər.