Vaxt.Az

Dollar durmur


 

FED-in faiz dərəcəsi artırmasının təsirləri davam edir

Dollar durmur Bu həftə birjalarda hansı dəyişiklik gözlənilir? Bu dəfə neft-qaz qiymətləri barədə yeni proqnoz yoxdur. Bəs, valyutalar və qızılı hansı dəyişikliklər gözləyir? Birjalardakı son vəziyyət “İnvestisiya Şirkəti”nin təqdimatında...

Avro

Ötən həftə Amerikada artımla dərc olunan inflyasiya göstəricilərindən sonra FED-in noyabr toplantısında uçot dərəcələrini növbəti dəfə 0.75 faiz artıracağı ehtimallarının daha da qüvvətlənməsi fonunda dollar indeksi yenidən 113 bənd hədlərinə yüksəldi. Proqnozlara əsasən dollar indeksindəki yüksəliş davam edərsə, avronun məzənnəsi 0.95-a kimi ucuzlaşa bilər. 


Funt-sterlinq

Cari ticarət həftəsinin çərşənbə günü İngiltərədə açıqlanacaq inflyasiya göstəriciləri funt-sterlinq dollar cütlüyündəki tendensiyanın gedişatında həlledici rol oynaya bilər. Cütlük üzərində təzyiqlər artmaqda davam edərsə, funt dollar qarşısında 1.08 dollara kimi ucuzlaşa bilər.


Türkiyə lirəsi

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının cümə axşamı baş tutacaq toplantısında faiz dərəcələrinin 100 baza bəndi azaldacağı ehtimal olunur. Növbəti faiz endirimi reallaşarsa, dolların məzənnəsi lirəyə nisbətdə 19.0000 hədlərinə kimi bahalaşa bilər.


Qızıl

ABŞ-da artımla açıqlanan inflyasiya göstəricilərindən sonra kəskin ucuzlaşan qızıl hazırda 1643$-dan təklif olunur. 1638 dolların altına düşsə, qiymətli metalın bir unsiya üzrə dəyəri yenidən 1620-a kimi ucuzlaşa bilər.

 





17.10.2022    çap et  çap et