Noyabrın 1-nə Putin Müdafiə Nazirliyindən 500.000 nəfərin səfərbər olunmasını tələb edir və oktyabrın 15-də Müdafiə Nazirliyi sentyabrın 21-dən etibarən Artıq 400.000-dən çox şəxsin hərbi xidmətə çağırıldığı barədə prezidentə məlumat verib. Səfərbərlik noyabrın 1-də də başa çatmayacaq, səfərbərliyin başa çatması üçün müddətlər dəqiqləşdirilməyib və prezidentin yanında bu mövzuya həsr olunmuş heç bir iclasda müzakirə olunmayıb. Putinin şəxsi tapşırığı var – 2023-cü il martın 1-dək bir milyon insanın səfərbər edilməsi, bu sərəncam əsasında səfərbərlik planları və Rusiya Federasiyasının subyektləri üçün kvotalar müəyyən edilib. Eyni zamanda, Putin və Müdafiə Nazirliyinin rəhbərliyinin nümayəndələri zəruri hallarda səfərbər olunanların sayının artırılması imkanlarını ayrıca müzakirə ediblər.
2023-cü il martın 1-dən sonra da səfərbərlik bitməyəcək, Putinin cəbhənin ehtiyaclarını başa düşməsi əsasında davam edəcək. Prezident itkilərin sayından elə də narahat deyil, onun üçün əsas uduzmamaqdır. Putin qələbə kimi bu il sentyabrın 21-dən etibarən sabit ərazi tutulmasını görmək istəyir, o ana qədər prezident cəbhəni meyitlərlə dolduracaq. Putinin belə bir “qələbə” əldə etmək istəyinin iflasa uğraması Baş Qərargahda və Müdafiə Nazirliyində istisnasız olaraq hamı tərəfindən başa düşülür, lakin onlar Ali Baş Komandanın iradəsini yerinə yetirməkdə davam edirlər. Bu günə qədər, prezidentə verilən hesabatlara əsasən, səfərbər olunanlar arasında itkilər (itkin düşənlər də daxil olmaqla) ən azı 1900 nəfərdir. Heç bir təlim keçmədən 35 mindən çox səfərbər edilmiş şəxs artıq ilhaq edilmiş ərazilərə göndərilib. Putin səfərbərliyin “bütün mövcud üsullarla” həyata keçirilməsini tələb edir və güc blokunun rəhbərliyinə bu prosesdə Müdafiə Nazirliyinə maksimum dəstək vermək barədə şəxsi göstəriş verib. Əgər əvvəllər Putin: “Hələ başlamamışıq” deyirdisə, indi, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə son görüşdə o, “Hər şey yeni başlayır!” deyib. Bəlkə də, sonun başlanğıcını nəzərdə tutub.
P.S. Sosial şəbəkələrdə müharibəyə yola düşən müəllimin öz şagirdləri tərəfindən yola salınma səhnəsi olan video yayılıb. Başına gələcək işləri təxmin edərək, səsi titrəyən müəllim özünü nə qədər təmkinli aparmağa çalışsa da, simasından miskinlik yağır. Bu, bugünkü Rusiyasının düşdüyü vəziyyəti tam əks etdirir.