Vaxt.Az

“Zarafatdan başqa bir şey deyil”


 

İranın BMT komissiyasından qovulması tələb edilir

“Zarafatdan başqa bir şey deyil” Amerikanın BMT-dəki keçmiş səfiri Nikki Heyli Məhsa Əmininin “əxlaq polisi” tərəfindən öldürülməsini və İslam Respublikası tərəfindən iranlı qadın və etirazçıların sıxışdırılmasını nəzərə alaraq, İran rejiminin BMT-nin Qadının Vəziyyəti Komissiyasından çıxarılmasını tələb edib.

“İranın fanatik diktatura rejiminin qadınların hüquqlarına hörmət edilməsini təmin etmək vəzifəsi olan komissiyaya üzv olması zarafatdan başqa bir şey deyil.

Məhsa Əmininin öldürülməsindən sonra bu, daha da gülünc hal alıb”, – deyə oktyabrın 16-da “Fox News”da dərc olunan bəyanatda Heyli bildirib.

“Fox News”un məlumatına görə, qırx ildən çox yarandığı gündən bəri iranlı qadınlar üçün ən sərt məhdudiyyətləri yaradan İslam Respublikası bu ilin əvvəlində BMT-nin “Qadınların Vəziyyəti Komissiyası”na qoşulub.

Bu fəaliyyət Rejimin dəhşətli keçmişinə görə müxalifətin qəzəbinə və kəskin tənqidinə səbəb olub.

 





17.10.2022    çap et  çap et