Beləliklə hadisə nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər ölüb. Son məlumata görə, 19 nəfər yaralı var. 1-i uşaq olmaqla 8 nəfərin vəziyyəti ağırdır.
Dağıntılar altından 68 nəfər xilas olunub, 360 nəfər isə təxliyə olunub. 72 mənzil yararsız hala düşüb.
***
01:16
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkova hadisə yerində məlumat verib. Son məlumata görə, 19 nəfər yaralanıb, 6 nəfərin taleyi isə məlum deyil. Yaralanan şəxslərdən ikisi uşaqdır. (APA)
***
23:40
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 6-ya çatıb. Bu barədə “Baza” məlumat yayıb.
Yaralıların sayı 17 nəfərə yüksəlib, daha bir neçə nəfər itkin düşmüş hesab edilir. Qeyd olunub ki, binada plitələrin çökməyə başlaması xilasetmə əməliyyatına mane olur. (Milli.az)
***
22:41
Rusiyanın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində 4 nəfər həlak olub.
“TASS” xəbər verir ki, bu barədə bazar ertəsi bölgənin operativ qərargahının “Telegram” kanalında deyilir. Eyni zamanda, 15 nəfərin xəsarət aldığı da qeyd edilir.
Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib. (Trend.az)
***
22:16
Rusiyanın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində 3 nəfər həlak olub.
“TASS” xəbər verir ki, bu barədə bazar ertəsi özünün “Telegram” kanalında Krasnodar diyarının qubernatorunun müavini Anna Minkova yazıb.
“Xəsarət alanlar üzrə: 3-ü uşaq olmaqla 10 nəfər. Ağır - 7 böyük və 1 uşaq. 3 nəfərin ölümü təsdiqlənib”, - deyə A.Minkova bildirib. Daha sonra regionun Fövqəladə Hallar Nazirliyi 21 nəfərin xəsarət aldığını bildirib.
Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib. (Trend.az)
***
22:07
Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında “Su-34” təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 19 nəfərdir, onlardan 4-nün vəziyyəti ağırdır, Rusiya mətbuatı xəbər verir.
Ölənlərin sayı 3 nəfərdir, onların arasında 8-10 yaşlı uşaq da var. (Milli.az)
***
21:50
Rusiyanın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində 2 nəfər həlak olub, 19 nəfər isə xəsarət alıb.
Bu barədə bazar ertəsi “TASS”a tibbi xidmətlərdəki mənbə məlumat verib.
Məlumata əsasən, xəsarət alanlardan dördünün vəziyyəti ağırdır.
Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib. (Trend.az)
***
21:15
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində Su-34 qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb. (Milli.az)
***
20:32
Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib. İlkin məlumata görə, yanğın binanın 15 mənzilini əhatə edir. Yanğın 2 min kvadratmetr sahəni bürüyüb. Pilotun katapult edərək xilas olduğu bildirilir.
Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur. (Trend.az)
***
20:02
Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşərək yanğına səbəb olub.
Hadisə şahidlərinin sözlərinə görə, ev birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanır. Yanğın binanın 15 mənzilini bürüyüb.
Məlumata görə, qəzaya uğrayan “Su-34” qırıcısı olub. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur. (Report.az)