Vaxt.Az

“Anonimus” rejimi kor etdi


 

Haker qrupu İranın sistemini çökdürüb

“Anonimus” rejimi kor etdi “Anonimus” haker qrupu bildirib ki, İrandakı xalq etirazlarına dəstək məqsədilə Tehrandakı yüzlərlə kameraya kibermüdaxilə edib və kameraların fəaliyyətini dayandırıb.

Sözügedən haker qrupu İrandakı etirazlar başlanandan bəri hökumət orqanlarının, o cümlədən, Neft, İqtisadiyyat, Maliyyə və Mədəniyyət Nazirliyin də internet saytlarını dağıdıb.

Bu gün isə həmin qrup bildirib ki, etiraz aksiyalarında azadlıq tələb edən xalqa qarşı repressiyalara kömək üçün istifadə olunan Tehran şəhəri boyunca nəzarət kameralarına kibermüdaxilə edib.

 





17.10.2022    çap et  çap et