Vaxt.Az

İranın böyük zavodunda tətil


 

“Kəyantayer”in işçiləri işi dayandırıb

İranın böyük zavodunda tətil İranın daha bir böyük zavodu tətil aksiyasına qoşulub. “Kəyantayer” zavodunun işçiləri işi dayandırıb.

İranda ən böyük iqtisadi müəssisələrdən sayılan və müxtəlif təkərlərin istehsalı ilə məşğul olan “Kiyantayer” zavodunun işçiləri tətil aksiyasına başlayıblar.

İslamşəhrdə yerləşən zavodun işçilərinin tətil aksiyasının qarşısını almaq üçün SEPAH və başqa hökumət qurumlarının təhdidlərinə baxmayaraq, oktyabrın 17-dən zavodun 830 nəfər işçisi tətilə başlayıb.

Qeyd edək ki, son bir həftə ərzində İranın bir neçə əhəmiyyətli neft-kimya zavodunda başlayan tətil aksiyaları bir çox şəhərə yayılıb.

Onlarla şəhərdə bazarlar, mağazalar və başqa iqtisadi müəssisələr repressiyalara etiraz əlaməti olaraq tətil edilib.

 





18.10.2022    çap et  çap et