Vaxt.Az

“30 faizi sıradan çıxıb”


 

Ukraynada elektrik enerjisi böhranı yaranıb

“30 faizi sıradan çıxıb” “Rusiya qüvvələrinin zərbələri nəticəsində Ukraynada elektrik stansiyalarının 30 faizi sıradan çıxıb”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Twitter”də bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın enerji və kritik infrastrukturunu məqsədli şəkildə hədəf alır.

“Oktyabrın 10-dan bəri Ukraynada elektrik stansiyalarının 30 faizi sıradan çıxıb və bu, ölkə daxilində kütləvi şəkildə elektrik kəsilməsinə səbəb olub. Putin rejimi ilə danışıqlara yer qalmayıb”, - Zelenski bildirib. (APA)

 





18.10.2022    çap et  çap et