İranın Sənaye, Mədən və Ticarət Nazirliyi son altı ayda sənaye, mədənçıxarma və ticarət sektorunda 382 milyon 400 min dollar dəyərində 73 xarici sərmayənin yatırıldığını göstərən statistik hesabat dərc edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə say baxımından 7,5 faiz, dəyər baxımından isə 82,7 faiz azalmanı göstərir.
Bu arada ötən ilin eyni dövründə bu sektorda 2 milyard 215 milyon dollar dəyərində 79 xarici investisiya faktı təsdiqlənib.