Vaxt.Az

Aİ-də sammit


 

“Əsas mövzusu enerji böhranı olacaq”

Aİ-də sammit “Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçılarının oktyabrın 20-21-də Brüsseldə keçiriləcək sammitinin əsas mövzusu enerji böhranı olacaq”.

TASS xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ittifaqa üzv olan ölkələrin liderlərinə ünvanladığı məktubda bildirib.

“Gündəliyimizin mərkəzində enerji böhranı dayanır. Bununla bağlı təcili tədbirlər görməliyik. Xüsusilə, üç fəaliyyət istiqamətini mütləq şəkildə gücləndirməliyik: enerji resurslarına tələbin azaldılması, təchizatın təhlükəsizliyinin təmin edilməsi və qiymətlərin məhdudlaşdırılması”, – o qeyd edib.

Mişel əlavə edib ki, Aİ liderləri sammitdə Ukraynaya qarşıdan gələn qışa hazırlıqla bağlı yardımı müzakirə edəcəklər: “Görüşdə Ukraynaya yardımımızı müzakirə etməyimizi istərdim”.

Onun sözlərinə görə, sammitdə “Şimal axını”nda təxribatdan sonra kritik infrastrukturun qorunması üzrə tədbirlər də müzakirə olunacaq: “Bundan əlavə, “Şimal axını” boru kəmərlərinə edilən son təxribat xarakterli hücumlar fonunda kritik infrastrukturu qorumaq üçün əməkdaşlığımızı intensivləşdirməyin yollarını da nəzərdən keçirəcəyik”. (Report.az)

 





18.10.2022    çap et  çap et