Vaxt.Az

40 ilin ən yüksəyi


 

Ötən ay inflyasiya gözləntiləri aşdı

40 ilin ən yüksəyi Böyük Britaniyada illik inflyasiya sentyabr ayından yenidən ikirəqəmli rəqəmə çatıb. Sentyabrda ölkədə inflyasiya son 40 ilin maksimumunu yeniləyib.

Sentyabrda ölkədə inflyasiya 10,1 faiz olub. “Bloomberg”in sorğusuna qatılan iqtisadçılar illik inflyasiyanın 10 faiz olacağını gözləyirdilər.

Ərzaq və alkoqolsuz içkilərin bahalaşması daxil ölkədə yüksək qiymətlər ev təsərrüfatlarında yaşayış böhranını daha da artırıb.

Sentyabrda aylıq inflyasiya 0,5 faiz təşkil edib (0,4 faiz gözlənirdi).

Sentyabrda ölkədə illik baza inflyasiya 6,5 faiz olub. Bu məlumat üçün proqnoz 6,4 faiz idi.

 





19.10.2022    çap et  çap et