Bu gün səhər saatlarında Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi maşın yük maşınını yoldan çıxardığı üçün qəza baş verib.
Yük maşını yoldan çıxdığı üçün əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.
Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.
Xatırladaq ki, Ötən ilin elə oktyabr ayında sərhədlərimizdə təlimlər keçirən İran ordusunun yanlışlıqla öz hərbi texnikalarını vurduğu, 3 nəfərin öldüyü xəbərləri yayılmışdı. Ümumiyyətlə İran hərbi təlimlər zamanı belə kobud səhvləri ilə məşhurdur. 2020-ci ildə hərbi gəmilərini yanlışlıqla vurmaları nəticəsində 19 hərbçi ölmüşdü. Bu təlimlərdə də öz texnikasını, yaxud hərbçilərini vursa təəccüblü olmaz.