Amerika Dövlət Departamentinin sözçünün müavini Vedant Patel İrana məxsus pilotsuz təyyarələrin Ukraynaya qarşı müharibədə istifadə edilmək üçün Rusiyaya göndərilməsini bütün dünya, xüsusilə də bölgə ölkələr üçün bir təhdid adlandırıb.“Biz İranın Rusiyaya silah satmasını çətinləşdirmək üçün əməli və aqressiv addımlar atmağa davam edəcəyik”, – deyə, o, oktyabrın 18-də Amerika Dövlət Departamentinin günlük mətbuat konfransında bildirib.
O, həmçinin bu silahların Rusiyaya satışında İrana kömək edən şirkətlərə qarşı sanksiyalar və tədbirlərə işarə edərək, Amerika hökumətinin Rusiyaya hərbi texnika ixracına qarşı sanksiyaların tətbiqi mövqeyini bir daha vurğulayıb.
çap et