“Lukaşenkonun bəyanatları heç bir xüsusi təhlükə yaratmır. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya hücum üçün başqa istiqamət kimi Belarusdan istifadə edir”, – Ukrayna rəsmisi bildirib.
O, bildirib ki, eşelonlar Belarusa gəlməyə başlayıb, ruslar 170 tank və 100 müxtəlif çaplı silahlardan ibarət bölmələr yaradıblar: “Müəyyən bölmə yaradacaqlar və bu, Kiyevi təhdid edəcək. Müəyyən şərtlər altında onu döyüşə ata bilərlər. Paytaxtı isə tuta bilməyəcəklər, biz onları məhv edəcəyik. Amma bu, bizə əlavə problemlər yaradacaq. Putinin yerində olsaydım, bundan çəkinərdim”.
Onun sözlərinə görə, Kiyevə hücum qışa yaxın – noyabrın sonu və ya dekabrın ortalarında başlaya bilər: “Rusiya indi güc yığır, amma onlar cəsəd yığınına çevriləcəklər”.