Dövlət Su İşləri Departamentinin nümayəndəsi Ayhan Şahna bildirib ki, Van gölü son illərdə quraqlıqdan ən çox zərər çəkən yerlərdən biridir.
O vurğulayıb ki, gölün ərazisi getdikcə daralır.
“Quraqlığın fəsadları təkcə bataqlıq ərazilərdə deyil, Van gölündə də müşahidə olunur. Son 10 ildə Van gölünün sahəsi təxminən 140 santimetr azalıb. Bu hadisə 1950-ci illərdən sonra da müşahidə olunub. Ümid edirik ki, quraqlıq yağışlarla əvəzlənəcək”, – deyən Şahna kənd təsərrüfatında suvarma üçün suyun əhəmiyyətini vurğulayıb.