Vaxt.Az
Kirayə ev tapılmır
Ev bazarında qiymətlər bahalaşacaq
Artıq divarlara kirayə mənzil verənlər yox, axtaranlar elan yapışdırır. Son vaxtlar paytaxtda kirayə mənzil tapmaq sözün əsl mənasında problemə çevrilib. Rieltorlar bildirirlər ki, tələb çox olsa da, təklif azdır. Xüsusilə də 2 aya yaxındır bu hal müşahidə edilir və olan mənzillər də xeyli bahadır. Rieltor Elsəvər Əsədov deyir ki, sözügedən qıtlıq qiymətlərin 10 faiz artmasına səbəb olub.
Sakinlər də kirayə ev tapmaqda çətinlik
çəkdiklərini bildirirlər.
Əmlak məsələləri üzrə ekspert Ramil
Qasımzadə də deyir ki, qiyməti 600-700 manata kimi olan kirayə evləri tapmaq
müşkülə çevrilib.
Ramil Qasımzadənin sözlərinə görə, vəziyyət
bu cür davam edərsə, 1 və 2 otaqlı mənzillər xeyli bahalaşacaq.
Ekspertin sözlərinə görə Bakı ilə
yanaşı, Abşeron rayonu ərazisində də analoji vəziyyət hökm sürür.
18.10.2022 çap et