Sənəd paytaxtın 213 min 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan dövr üçün şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.
Bu gün Bakı şəhərinin Baş Planının qısa təqdimatı ilə bağlı video-çarx yayılıb. Görüntülərdə şəhəri 2040-ci ilə qədər gözləyən dəyişikliklər öz əksini tapıb.
Belə ki, qarşıdakı illərdə Bakı şəhərində 54 kilometrlik tramvay xətti, 47 stansiyadan ibarət metro və Böyükşor gölü ətrafında istirahət kompleksləri inşa ediləcək.