Vaxt.Az

Fermerlər narazıdır


 

Narın qiyməti qane etmir

Fermerlər narazıdır Bir neçə gündür ki, Göyçayda nar yığımı başlayıb.

Təsərrüfat sahiblərinin sözlərinə görə, ötən illə müqayisədə bu il məhsul boldur. Geosiyasi vəziyyətlə əlaqədar olaraq xarici bazara ixrac çətinləşdiyindən, fermerlər məhsulun hamısını sata bilmirlər. Yerli bazarda isə qiymətlər xeyli enib.

Məhsul fermerlərdən ucuz alınsa da, bazarlarda baha satılır. Satıcı Bəhruz Bədirov deyir ki, narın qiyməti onun keyfiyyətindən və ölçüsündən asılı olaraq dəyişir.

Satıcının sözlərinə görə, yerli bazarda da narın alıcısı azalıb. Adətən ərzində 20-50 kiloqram nar satılsa da, bəzən ümumiyyətlə alıcı tapılmır.

 





18.10.2022    çap et  çap et