Vaxt.Az

“Bir günə Zəngilana çatdıq”


 

Arazboyu əməliyyat

“Bir günə Zəngilana çatdıq” Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İki il əvvəl, oktyabrın 19-u Vətən müharibəsinin 23-cü günü idi.

Xezerxeber.az xəbər verir ki, müharibənin 23-cü günü Azərbaycan Ordusu cənub cəbhəsində sürətli müharibə taktikasına keçərək, Araz çayı boyunca sərhəd xəttinin azad edilməsi əməliyyatını həyata keçirir.

Əməliyyatların sürətli icrası geri çəkilən düşmənə müdafiə xətti qurmağa imkan vermir.

Zəngilanda gizlənən düşmən qüvvələri əlavə dəstək gözləyir. Onlar şəhərdə bölmələrimiz üçün pusqu hazırlayırlar. Şəhərin taleyi isə növbəti gün həll olunur.

Bu müddət ərzində Suqovuşana düşmən hücumlar təşkil edir. Bunun qarşısını azaltmaq üçün ordu aviasiyasına vacib tapşırıq verilir.

Müharibənin 23-cü günü Cəbrayılın 11 kəndi işğaldan azad edilir. Həmçinin Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin çox sayda canlı qüvvəsini, 2 ədəd “T-72” tankını, 2 ədəd “BM-21” qrad “YARS” qurğusunu, 1 ədəd “D-30” və 1 ədəd “D-20” haubitsa toplarını, eləcə də 11 avtomobil texnikasını sıradan çıxarır.

 





19.10.2022    çap et  çap et