Vaxt.Az

Tramvaylar geri qayıdır?


 

Sakinlər arzusuna BNA susur

Tramvaylar geri qayıdır? Paytaxtda ilk tramvay xətti 1924-cü ildə istifadəyə verilib. Əvvəlcə “Azneft”lə Dəmir Yolu Vağzalını birləşdirsə də, 1966-cı ildə tramvay yollarının uzunluğu artıq 102,5 km-ə çatmışdı. Tədricən tramvayların əhatə dairəsi xeyli genişlənib və onları əksər mərkəzi küçələrdə görmək mümkün olub. 2000-ci illərin əvvəllərində isə Bakı tramvayı tarixə çevrilib. Paytaxtın sosial-iqtisadi həyatında olduqca mühüm yer tutmuş bu ictimai nəqliyyat vasitəsinin fəaliyyəti tam olaraq dayandırılıb, marşrut xətləri sökülərək, ləğv olunub.

Bir vaxtlar tramvaylardan istifadə edən vətəndaşlar da bu nəqliyyat növü ilə bağlı xoş təəssüratlarını bölüşürlər. Onların ən böyük arzusu Bakı tramvayının yenidən bərpa edilməsidir.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, şəhər nəqliyyatında tənzimləmənin aparılması üçün öncə tramvayların fəaliyyətinin bərpası vacibdir. Bunun üçün isə küçələrdə və yollarda ciddi bərpa işləri görülməli, tramvay relsləri salınmalıdır.

Ərşad Hüseynov bildirir ki, tramvayların digər ictimai nəqliyyat vasitələrindən üstünlüyü də çoxdur.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzyev də vaxtilə tramvay xətlərinin sökülərək, ləğv edilməsini böyük yanlışlıq hesab edir. O deyir ki, hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində, eləcə də qonşu Türkiyədə bu nəqliyyat növündən istifadə edilir.

“Yaxın gələcəkdə paytaxt küçələrində tramvay xətlərinin bərpası gözlənirmi” sualına cavab tapmaq üçün Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Lakin sualımız cavabsız qaldı.

 





18.10.2022    çap et  çap et