“Oradakı insanlar qorxu içində yaşayır. Artıq bir neçə aydır demək olar ki, hər gün atışma səsləri gəlir. Rayon rəhbərliyi nə qədər təbliğat aparsa da, bu ərazilərdə qalan ermənilər evlərini dəyər-dəyməzə satıb qaçırlar. Biz onlara başa salırıq ki, sizin bu əraziləri boşaltmağınız əleyhimizə işləyir. Amma insanlar qorxu içindədir, onları da qınamaq olmaz. Artıq ümumi əhalinin 50-60 faizi Göycəni tərk edib. Məktəblər, bağçalar fəaliyyət göstərmir”, – deyə Avetyan bildirib.