Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın qərb sahillərinə təxminən 100, şərq sahillərinə isə 150 mərmi atdığını bildirib.
Cənubi Koreya bu addımları iki ölkə arasında gərginliyi azaltmaq məqsədi daşıyan 2018-ci il razılaşmasının “açıq-aşkar pozulması” adlandırıb.
Şimali Koreyanın dövlət mediası tərəfindən verilən bəyanatda deyilib ki, bu, Cənubi Koreyanın çərşənbə axşamı etdiyi "hərbi təxribatına" cavabdır.