Vaxt.Az

Gül Ərdoğanı yenə məyus etdi


 

Türkiyə prezidenti Baş nazirin qadağasını ikinci dəfə pozdu

Gül Ərdoğanı yenə məyus etdi Türkiyə prezidenti Abdulla Gül növbəti dəfə baş nazir Rəcəb Tayyib Ərdoğanın qadağasını pozub.

«Qafqazinfo» Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Gül ötən gün bağlanılan «youtube» sosial şəbəkəsində qadağadan bir gün öncə video paylaşıb. Prezidentin «youtube» ünvanında yerləşdirilən video vurulan Suriya təyyarəsi ilə bağlı açıqlamalarından ibarət olub. 

Qeyd edək ki, ölkədə «twitter» qadağasından sonra da atdığı «twit»lərə tətbiq edilən qadağaya qarşı olduğunu nümayiş etdirmişdi.

Xatırladaq ki, baş nazir Ərdoğan ölkədə «twitter»ə qadağa qoyulanda eyni taleyi «youtube» sosial şəbəkəsinin də gözlədiyini bildirmişdi.

 





29.03.2014    çap et  çap et